Vətəndaşlığı olmadan Azərbaycanda yaşayan şəxs Rusiyaya göndərildi


11:29     09 Sentyabr 2019 19_09_09_1568014216.jpg

İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) araşdırması nəticəsində uzun müddətdir, heç bir təsdiqedici sənədi olmadan Azərbaycanda yaşayan və 18 aydan artıqdır, Quba rayon Mərkəzi Xəstəxanasının stasionar şöbəsinə yerləşdirilən görmə qabiliyyətini itirmiş Seryakov Viktor Semyonoviçin vətəndaşlıq mənsubiyyəti müəyyənləşib.


Ombudsman Aparatından Femida.az-a bildirilib ki, bununla bağlı Müvəkkilin Rusiyanın ölkəmizdəki Səfirliyinə müraciəti nəticəsində həmin ölkənin Vladimir şəhərində anadan olmuş V. Seryakovun RF vətəndaşlığına mənsubiyyətinin tanındığı məlum olub. Onun pasportla təmin edilməsi məqsədilə Səfirlik tərəfindən sonuncunun adına Qayıdış şəhadətnaməsi rəsmiləşdirilib. Bununla yanaşı, həmin şəhadətnamənin surəti, həmçinin V.Seryakovun səhhəti ilə bağlı epikriz və digər tibbi sənədləri Quba rayon Mərkəzi Xəstəxanasının baş həkimi tərəfindən təsdiq edilərək Vladimir vilayətinin Ombudsmanına göndərilib.

V.Seryakovun RF-nın Vladimir vilayətində qohumlarının və qalmağa yerinin olmadığını nəzərə alaraq, Müvəkkilin Rusiya Federasiyasının və Vladimir vilayətinin Ombudsmanlarına müraciətindən sonra onun Vladimir şəhərində yerləşən “Yaşayış yeri olmayan şəxslərin reabilitasiya mərkəzi” dövlət sosial müəssisəsinə qəbul olunması məsələsi həll edilib.

V.Seryakov Quba rayon Mərkəzi Xəstəxanasında olan müddət ərzində onun fiziki, tibbi və prixoloji durumu, ehtiyaclarının ödənilməsi məsələləri diqqətdə saxlanılıb, habelə Müvəkkilin tapşırığı əsasında Ombudsmanının Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görülüb.

V.Seryakov Müvəkkilin nəzarəti altında vətəninə yola salınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1611


Oxşar xəbərlər