Afrikada Qarabağ adlı su quyusu açıldı - VİDEO

Afrikada "Qarabağ" adlı su quyusu açıldı - VİDEO


11:33     09 Sentyabr 2019 2019/09/hqdefault_1568014467.jpg

Afrikanın ən quraq ölkələrindən biri olan Çadda “Qarabağ” su quyusu açılıb.


Femida.az xəbər verir ki, məlumatı təşkilatçılardan biri olan Elnarə Kərimova verib. O bildirib ki, tərəfdaşı Aynur Kərimova ilə birlikdə artıq 4-cü su quyusunun açılmasına vəsilə olublar:

“Ərazi quraq olduğundan insanlar su qıtlığından əziyyət çəkir. Bir quyunun qazılması üçün isə 4 min manat tələb olunur. Biz sosial şəbəkədə çağırış edirik, xeyriyyəçi insanlar bizə dəstək olur. Budəfəki quyuya Qarabağ adını verməyi məsləhət bildik. Quyu avqustun 7-də açılıb və fəaliyyətimizi bundan sonra da davam etdirməyi düşünürük”.


Femida.az

Açar sözlər: #Qarabağ   #Afrika  

Oxunub: 181