"Beynəlxalq Bank"ın qadın işçisinin başı niyə kəsilib? - ŞOK TƏFƏRRÜAT
11:51 09 Sentyabr 2019
Göygöldə gənc qadının həyatına son qoyan kişi saxlanılıb.
Femida.az Oxu.az -a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları mənbələrindən məlumat verilib.
Qeyd edək ki, sentyabrın 8-də Göygöldə qətl hadisəsi baş verib. Cinayətin qurbanı "Beynəlxalq Bank"ın Gəncə filialının əməkdaşı 35 yaşlı Günay Cəlilli olub. Qatil gənc qadının başını kəsib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl polis əməkdaşları cinayətdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Orxan Məmmədovu Bakıda yaxalayıblar.
İlkin məlumatlara görə, G.Cəlilli iki uşaq anası dul qadın olub. Onun O.Məmmədovla yaxın münasibətdə olduğu bildirilir. Şəxslər arasında münaqişənin yaranma səbəbi isə G.Cəlillinin O.Məmmədovdan evlilik tələbi olub.
O.Məmmədov isə bundan imtina edib. Qeyd edək ki, Məmmədovun yaxınları da tərəflər arasındakı yaş fərqinə görə bu evliliyə razılıq verməyib.
Baş verən hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxunub: 726
Oxşar xəbərlər
- Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Rusiyaya səfər edəcək
- Beynəlxalq Ədalət Məhkəməsi Ukrayna-Rusiya işi üzrə dinləmələr keçirəcək
- Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib
- Beynəlxalq Qırmızı Xaç Komitəsinə yeni rəhbər seçilib
- Beynəlxalq axtarışa verilən azərbaycanlı Ukraynada tutuldu
- Beynəlxalq Kitab Sərgisində Ermənistanın cinayətləri nümayiş etdirilir
- Beynəlxalq Bank “Şərurlu İsfəndiyar” və keçmiş deputatın oğlunu məhkəməyə verdi
- Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycana gəlib
- Beynəlxalq hüquq yalnız hərbi yolla bərpa edilə bilərdi
- Beynəlxalq qurumlara Bərdə terroru barədə hesabat göndərildi