Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydı: Şeçki şousu...
11:58 09 Sentyabr 2019
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının işğal edilmiş Azərbaycan ərazilərində keçirilmiş “yerli özünüidarəetmə orqanlarına seçkilər” ilə əlaqədar bəyanat yayıb.
Femida.az-ın xəbərinə görə, bəyanatda deyilir:
“Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 8 sentyabr 2019-cu ildə “yerli özünüidarəetmə orqanlarına seçkilər” adı altında növbəti “seçki şousu” təşkil edilib. Reallıq hissini itirmiş təcavüzkar Ermənistan və əl altısı olan cinayətkar Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur, heç bir hüquqi əsası yoxdur və demokratiya və seçki adına böyük bir təhqirdir. Qondarma xuntanın saxta “rəhbərləri” olan Bako Saakyan, Aşot Qulyan və onların ətrafındakı digər demokratiya “əzabkeşləri”nə bildiririk ki, onların demokratiya pərdəsi altında gizlənmək niyyətləri istehza doğurur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi və etnik təmizləmənin həyata keçirildiyi bir şəraitdə bu “seçkilər” nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan və təcavüzkarı növbəti dəfə ifşa edən bir şoudur. Əslində işğalçı Ermənistan və qanlı xunta belə “seçkilər” keçirməklə beynəlxalq ictimaiyyəti deyil, yalnız özü-özlərini aldatmaqla məşğul olur. Saxta “seçkilər” həmçinin Ermənistan hakimiyyəti və qondarma rejim arasında ixtilafların mövcudluğunu bir daha açıq şəkildə büruzə verdi. Bundan isə əziyyət çəkən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə bərabər, həm də elə erməni icmasıdır. Tam əminik ki, Dağlıq Qarabağda yaşayan ermənilər, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin konstitusiyası və bələdiyyələr haqqında qanunlarına uyğun olaraq yerli özünüidarəetmə orqanlarına keçiriləcək qanuni seçkilərdə iştirak edəcək".
Femida.az
Oxunub: 317
Oxşar xəbərlər
- Dağlıq ərazilərdə yağıntılı hava şəraiti martın 24-dək davam edəcək, qar yağacaq
- Dağlıq ərazidə narkotik tərkibli bitkilər yetişdirən həmkəndlilər saxlanılıb
- Dağlıq Qarabağın Azərbaycanlı İcması yaxın gələcəkdə Şuşaya köçürüləcək
- Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmalara əməl olunur - Putin
- Dağlıq Qarabağ və ətraf regionların enerji potensialı
- Dağlıq Qarabağın Azərbaycanlı İcması işğal altındakı ərazilərdə yaşayan ermənilərə müraciət edib
- Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
- Dağlıq ərazidə yanğın başlayıb
- Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından BƏYANAT
- Dağlıq Qarabağdakı saxta "seçkilər"lə bağlı BMT-nin Baş katibinə məktub ünvanlandı