Bakıda üç uşaq anasını öldürən şəxsin məhkəməsi başlayıb
12:14 09 Sentyabr 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində üç uşaq anasını qətlə yetirməkdə təqsirləndirilən Fərhad Abuşovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Femida.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. Baxış iclası sentyabrın 16-na təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin iyun ayında Səbail rayonu Bayıl qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib. Mediada yayılan məlumata görə, araşdırma zamanı K.Mikayılovanın sevgilisi tərəfindən öldürüldüyü müəyyən edilib. Belə ki, qadının Rusiyada yaşayıb işləyən əri Bakıya qayıdacağı gün Kəmalə sevgilisi -1982-ci il təvəllüdlü Abuşov Fərhad Cəlal oğlu evdə mübahisə edib. Daha sonra K.Mikayılova küçəyə çıxaraq gedib. F.Abuşov bıçaq götürərək onun arxasınca gəlib və A.İsmayılov küçəsində ona bir neçə bıçaq zərbəsi vurub.
F.Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb. F.Abuşov saxlanılaraq istintaqa cəlb edilib.
F.Abuşov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham edilir.
Femida.az
Oxunub: 368
Oxşar xəbərlər
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Mixeil Saakaşvilinin məhkəməsi yenidən təxirə salınıb
- Bakıda 9 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib