DGK avqustda büdcəyə ödənişlərini 20%-ə yaxın artırıb
12:18 09 Sentyabr 2019
Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 394,802 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,996 milyon manat və ya 19,7% çoxdur.
DGK-dən Femida.az-a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumları illik müqayisədə 10,787 milyon manat və yaxud 12,55% artaraq 96,723 milyon manat olub.
ƏDV üzrə daxilolmalar 52,066 milyon manat və yaxud 23,6% artaraq 272,302 milyon manat, aksizlər 2,206 milyon manat və yaxud 11% artaraq 22,255 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 64 min manat və yaxud 1,8% azalaraq 3,522 milyon manat təşkil edib.
Femida.az
Oxunub: 437
Oxşar xəbərlər
- DGK ilin əvvəlindən 53 cinayət faktı aşkarlayıb
- DGK külli miqdarda qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısını alıb
- DGK sədri BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
- DGK-nın dəstəklədiyi daha bir konfrans yekunlaşıb
- DGK Azərbaycan-Gürcüstan birgə gömrük məntəqəsinin əhəmiyyətini açıqlayıb
- DGK narkotik əməliyyatının görüntülərini yaydı - VİDEO
- DGK və ÜGT gömrük fəaliyyətinin pandemiyaya uyğunlaşdırılmasını müzakirə edib
- DGK gücləndirilmiş iş rejiminə keçir
- DGK-nın yeni binasının tikintisinə 30 mln manat xərclənib
- DGK-nın 60 əməkdaşı Vətən müharibəsində iştirak edib