Fəhlə işlədiyi evdən oğurluq etdi - FOTO
12:27 09 Sentyabr 2019
Sentyabrın 6-da İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini yaşadığı evdən özünün olmadığı müddətdə oğurluq olması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən ümumi dəyəri 1400 manat olan 2 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı və az məbləğdə pulun oğurlandığı müəyyən edilib.
Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin əvvəllər həmin evdə fəhlə olaraq işləyən İsmayıllı rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 37 yaşlı Elçin Ağayev olduğu müəyyən olunub və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı E. Ağayev törətdiyi əməli etiraf edərək oğurladığı qızıl-zinət əşyalarını Bərdə və Qəbələ rayonlarında qızıl alqı-satqı məntəqələrinə satdığını bildirib. Oğurlanmış qızılların bəziləri həmin məntəqələrdən polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, E.Ağayevin digər cinayət əməllərində iştirakının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 453
Oxşar xəbərlər
- Fəhlələri tikintidə qanunsuz işlədən şəxslər 167 min manata yaxın məbləğdə cərimələnib
- Fəhlənin 12-ci mərtəbədən düşüb ölməsi ilə bağlı cinayət işinin başlanması rədd edilib
- Fəhlə zavodda faciəvi şəkildə öldü
- Fəhlə iş başında öldü - Abşeronda
- Fəhlələr torpaq altında qaldı - Xəsarət alanlar var
- Fəhlə torpaq uçqunu altında qalaraq öldü
- Fəhlənin ölməsi ilə bağlı cinayət işi açıldı
- Fəhlə iş zamanı hündürlükdən yıxılaraq ölüb
- Fəhlə iş zamanı qəfildən öldü
- Fəhlə hündürlükdən yıxılaraq öldü