Azərbaycanda unun zənginləşdirilməsi üçün işlərə başlanıldı


12:36     09 Sentyabr 2019 2019/09/vinilos-el-trigo-y-la-harina_1568018313.jpg

Unun zənginləşdirilməsi üçün özəl şirkətlər, hökumət və vətəndaş cəmiyyəti arasında ciddi tərəfdaşlığa ehtiyac var.

Femida.az-ın məlumatına görə, bunu Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə seminarda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə direktoru Sinqx Caydev deyib.

Onun sözlərinə görə, Azərbaycanda ölkə rəhbərliyi qida təhlükəsizliyi və mikronutriyentlərin çatışmazlığı ilə bağlı məsələlərə ciddi yanaşır: "Biz yalnız Azərbaycanda deyil, eləcə də qlobal səviyyədə bu təşəbbüsə dəstək veririk. Biz öz tərəfimizdən Qida Təhlükəsizliyi Agentliyinin və kənd təsərrüfatı məhsullarının istehsalçılarının tərəfdaşı olmaqdan məmnunuq. Çünki biz bununla həm Agentliyin fəaliyyətində qanunvericiliyin təkmilləşdirilməsi və yeni standartların tətbiqi məsələlərində, həm də istehsalçıların beynəlxalq bazara çıxmasına dəstək oluruq. USAID Tacikistanda unun zənginləşdirilməsi proqramına dəstək olaraq ciddi nailiyyətlər əldə edib. Layihə imkan verib ki, Tacikistandakı dəyirmanlar unu zənginləşdirsinlər, bu sahədə çalışan personal təlimdən keçib".

S.Caydev qeyd edib ki, USAID Azərbaycanda unun zənginləşdirilməsi istiqamətində əməkdaşlığı davam etdirməyi düşünür: "Biz çalışacağıq ki, bu sahədə ABŞ-ın təcrübəsini daha geniş paylaşaq. Ümid edirəm ki, Tacikistandakı oxşar əməkdaşlıq Azərbaycanda da mümkün olacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 424