Ağsuda üzüm yığmaq istəyən baş həkim öldü


12:46     09 Sentyabr 2019 19_09_09_1568018817.jpg


Ağsuda həkim üzüm çardağından yıxılıb.


Hadisə rayonun Bəklə kəndində qeydə alınıb.

Kənd sakini, 67 yaşlı Balamirzə Məsimov üç gün əvvəl yaşadığı evin həyətindəki çardaqdan üzüm yığarkən yıxılıb.

İlkin ehtimala görə, onun qabırğaları sınıb. Dərhal xəstəxanaya çatdırılan B.Məsimov dünən daxili qanaxmadan vəfat edib.

Qeyd edək ki, Balamirzə Məsimov Qobustan rayon Mərkəzi Xəstəxanasında həkim müavini işləyib. Eləcə də, cərrahiyyə şöbəsinin baş həkimi olub.

Faktla bağlı araşdırma aparılır. / oxu.az

Femida.az

Açar sözlər:

Oxunub: 472