Azərbaycanın avqust üzrə gündəlik neft hasilatı 749 min barrel olub
13:51 09 Sentyabr 2019
Respublikada avqust ayı üzrə gündəlik neft hasilatı 749 min barrel olub.
Energetika Nazirliyindən Femida.az-a verilən məlumata görə, bunun 686 min barrelini xam neft, 63 min barrelini kondensat təşkil edib. Gündəlik 501 min barrel xam neft, 59 min barrel kondensat, 4,5 min barrel isə neft məhsulları ixrac edilib.
Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar - avqust aylarında orta gündəlik neft hasilatı 769 min barrel təşkil edib.
Energetika Nazirliyi avqust ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.
Femida.az
Oxunub: 389
Oxşar xəbərlər
- Azərbaycanın Şimal-Qərb bölgəsində qaz olmayacaq
- Azərbaycanın 3 rayonunda qaz kəsiləcək
- Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb
- Azərbaycanın NATO-dakı nümayəndəsi geri çağırılıb
- Azərbaycanın Baş prokurorunun İtaliyaya işgüzar səfəri başlayıb
- Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib
- Azərbaycanın daha 2 güləşçisinin medal görüşlərindəki rəqibləri bəlli olub
- Azərbaycanın mebel istehsalçıları yeni xammal bazarı axtarır
- Azərbaycanın Əməkdar həkimi vəfat edib
- Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub