Baş nazir: “Bakıdan Tbilisiyə piyada yürüş etmişəm”
14:11 09 Sentyabr 2019
Azərbaycanın Baş naziri Novruz Məmmədov "Space" televiziyasında yayımlanan "Sadə Həqiqətlər" verilişinin qonağı olub. O, verilişdə Bakıdan Tbilisiyə piyada yürüş etməsindən, yol boyu baş verən hadisələrdən və digər məqamlardan söhbət açıb.
Femida.az həmin hissəni ixtisarla təqdim edir:
"1990-ci ilin mart ayının 20-si idi. 20 Yanvar şəhidlərinin 40-nı qeyd edirdik. Şəhidlər Xiyabanındakı mərasimə çox sayda adam toplaşmışdı. Biz müəllimlər hamı kimi sarsılmış vəziyyətdə idik. Bir də gördük ki, maşından 3-4 adam düşdü və böyük gül dəstələri götürdülər. Yanımızdakı tələbələrə dedik ki, onların kim olduqlarını öyrənsinlər. Bir qədər sonra gəldilər ki, Gürcüstandan gəliblər, bizim qardaşlardır. 40 mərasimi üçün bizə başsağlığı verməyə gəliblər. Orada Qorxmaz Qurbanov var idi. Bir qədər sonra rektor oldu. Bir də Çərkəz Qurbanlı yanımızda idi. O da sonradan prorektor oldu. Onlar dedilər ki, görürsən biz heç nə etməmişik. Dedim ki, düzdür, biz heç nə etməmişik. İmkanımız yoxdur ki, maşın tutub gedək. Günahkarıq. Dedi indi bir şey edək. Dedim nə edə bilərik? Dedi ki, buradan Tiflisə piyada yürüş edək. Çərkəz Qurbanlı dedi ki, kim gedə bilər? Hamı susdu. Mənə baxıb dedi, gedirsən? Dedim, gedirəm. O zaman o, prorektor, mən dekan idi. Başqa heç kəs bizimlə getməyə razılaşmadı. Dedi onda hazırlıq görək, çıxaq. Bir gün ərzində pal-paltar, bir az yemək, bir az pul götürdük. Bir də ehtiyat əlavə bir ayaqqabı götürmüşdük. Martın 22-si indiki "20 Yanvar" metrosu yaxınlığında görüşdük. Yanında Sarvan adlı qonşusu olan bir oğlan da vardı. Gedəcəyimizi bilən bir neçə adam da başımıza yığışdı. Sonra bizi maşınla Xırdalan tərəfə çıxardılar və yola düşdük. Düz 19 gün, 9 aprelə qədər hər gün 25-28 kilometr yol gedirdik. Yol boyu o qədər əhvalatlar olub ki?! Göyçayda yanımıza onlarla, Yevlaxda yüzlərlə adam yığışırdı".
Femida.az
Oxunub: 489
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"