Gürcüstan Prezidentinin mətbuat katibi işdən azad edilib


14:39     09 Sentyabr 2019 2019/09/255d7617bd999d3_1568025639.jpg

Gürcüstan Prezidenti Salome Zurabişvilinin qərarına əsasən prezidentin mətbuat katibi Xatia Moistsrapişvili vəzifəsindən azad edilib.


Femida.az xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyasından bildirilib.

Prezidentin media ilə əlaqələr üzrə müşaviri İrina Şengelia bildirib ki, sabiq katib Rabitə İdarəsində işinə davam edəcək.

"Xatia Moistsrapishvili artıq mətbuat katibi deyil, ancaq idarədə işləyir. Prezidentin qərarına əsasən bu, baş verdi və Moistsrapişvili Rabitə İdarəsində işini davam etdirəcək ", - deyə İrina Şengelia bildirib.

Qeyd edək ki, ötən gün Gürcüstan mətbuatında Prezident Salome Zurabişvili ilə mətbuat katibi Xatia Moistsrapişvili arasında fikir ayrılıqlarının olması barədə məlumat yayılmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 404