Metyu Brayza: “Ermənistan baş nazirinin bəyanatları bir-birinə ziddir”
15:21 09 Sentyabr 2019
“Nikol Paşinyanın qəribə bəyanatlarından sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları davam etdirməsi olduqca vacibdir”.
Bu barədə Atlantik Şuranın analitiki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza bildirib.
Onun sözlərinə görə, Ermənistan baş nazirinin bəyanatları bir-birinə ziddir: “Nikol Paşinyan öncə Ermənistan və Dağlıq Qarabağın vahid, daha sonra isə Dağlıq Qarabağın müstəqil olduğunu bəyan edib. Ermənistan hökumətinin yeni mövqeyi ilə məzmunlu danışıqlar aparmaq qeyri-mümkündür. Bu mövqe Azərbaycan üçün də tamamilə qəbuledilməzdir. Mediator olsaydım və Ermənistan yeni mövqeyində qalsaydı, buna aydın etiraz edib istefa verərdim. Belə ki, bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, həmçinin ədalətli deyil”.
M.Brayzanın sözlərinə görə, Dağlıq Qarabağın yekun son hüquqi statusu danışıqlar yolu ilə razılaşdırılmalıdır: “Danışıqlar prosesində bir tərəf fayda əldə etmək üçün, nəyisə güzətşə getməlidir. Əgər hansısa tərəf istədiyi hər şeyi əldə etmək üçün güzəştə getməyəcəyini deyirsə, bu, sadəcə doğru deyil”.
M.Bryaza Tbilisidə “İndi nə?” (“Now what?”) adlı beşinci beynəlxalq konfransda iştirak edir. İkigünlük tədbiri İqtisadi Siyasət Araşdırmaları Mərkəzi və Makkeyn İnstitutu birgə təşkil edib. (Report)
Femida.az
Oxunub: 385
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"