DİM imtahan nəticələrini açıqladı


15:53     09 Sentyabr 2019 2019/01/dim_yeni_1548059111.jpg

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib.



DİM-dən Femida.az-a verilən məlumata görə, imtahanda iştirak edən şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

9-cu sinif buraxılış imtahanının II mərhələsinin nəticələri;

“Azərbaycan dili” fənni üzrə imtahanın nəticələri.

Qeyd olunan imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Xatırladaq ki, dünən keçirilən 9-cu sinif buraxılış imtahanının I mərhələsi, həmçinin 11-ci sinif buraxılış imtahanında iştirak edən şagirdlərin nəticələri də yaxın 3 gün ərzində elan olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 353