Bakıda üç yaşlı uşaq beşinci mərtəbədən yıxıldı


16:01     09 Sentyabr 2019 19_09_09_1568030516.jpg


Sabunçu rayonunda üç yaşlı uşaq binadan yıxılaraq xəsarət alıb.


Femida.az oxu.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 7-də, 19:00 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1V ünvanında baş verib.

2016-ci il təvəllüdlü Hüseynova Ayan Elnur qızı yaşadığı binanın beşinci mərtəbəsindən yıxılaraq xəsarət alıb.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 383