Azərbaycanda 16 il axtarışda olan şəxs tutulub


16:13     09 Sentyabr 2019 19_09_09_1568031264.jpg

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən 16 il axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə barəsində 2003-cü ildən axtarış elan olunmuş Cəlilabad rayon Gülməmmədli kənd sakini Hikmət Ağayev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində tutulub.

Açar sözlər:

Oxunub: 321