Erməni İŞİD-ə yeniyetmələri cəlb etdiyi üçün 14 il həbs cəzası aldı - Moskvada


18:16     09 Sentyabr 2019 19_09_09_1568031559.jpg

Aşot Qriqoryan cəzasını ciddi rejimli həbsxanada çəkəcək


Rusiya Hərbi Məhkəməsinin Moskva dairəsi Ermənistan vətəndaşı Aşot Qriqoryanı yetkinlik yaşına çatmayanları terrorçu İŞİD qruplaşmasına cəlb etməkdə ittiham edərək 14 il müddətinə azadlıqdan məhrum edib.


Femida.az RUSARMİNFO-ya istinadən xəbər verilir ki, bu barədə Rusya Federal Təhlükəsizlik Xidmətinin Vladimir Vilayəti İdarəsinin Mətbuat xidmətindən bildirilib.

Aşot Qriqoryan cəzasını ciddi rejimli həbsxanada çəkəcək.

Federal Təhlükəsizlik Xidmətinin vilayətdəki əməkdaşları Qriqoryanın qanunazidd fəaliyyətinə görə əvvəllər 10 il həbsdə olduğunu aşkar ediblər. (Report)

Açar sözlər:

Oxunub: 178