AQTA Sabirabadda qarayaraya yoluxma faktı ilə bağlı açıqlama yayıb

AQTA Sabirabadda qarayaraya yoluxma faktı ilə bağlı açıqlama yayıb


16:45     09 Sentyabr 2019 19_09_09_1568033149.jpg

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sabirabadda 2 nəfərin qarayara xəstəliyinə yoluxması ilə bağlı açıqlama yayıb.

AQTA-dan Femida.az-a verilən məlumata görə, sentyabrın 9-da Agentliyə Səhiyyə Nazirliyindən Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlunda qarayara xəstəliyi ehtimalı ilə məlumat daxil olub. Məlumat əsasənda Agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılıb və hadisənin baş verdiyi əraziyə ezam olunub. Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanılıb.

Hazırda Agentliyin mütəxəssisləri tərəfindən laborator müayinələr və epidemioloji araşdırmalar, ehtimal olunan xəstəliyin törədicisinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Araşdırmaların nəticələri məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 162