Zelenskinin ABŞ-a səfərinin tarixi bəlli oldu


17:27     09 Sentyabr 2019 19_09_09_1568033378.jpg

Ukrayna Prezidenti Vladimir Zelenski 23 sentyabrda ABŞ-a rəsmi səfər edəcək.

Femida.az -ın xəbərinə görə, bu barədə Ukraynanın Xarici işlər naziri Vadim Pristayko bildirib.

Onun sözlərinə görə, Zelenski ABŞ-da BMT Baş Assambleyasında iştirak edəcək.

XİN rəhbəri, həmçinin, qeyd edib ki, dövlət başçısının Vaşinqtona səfəri və orada amerikalı həmkarı Donald Trampla görüşünü tarixi də yaxın günlərdə açıqlanacaq.

Açar sözlər:

Oxunub: 178