Baş nazirin müavini Rusiya səfirini qəbul edib


18:59     09 Sentyabr 2019 2019/09/45d764c8238ac6_1568035350.jpg

Bu gün Baş nazirin müavini Əli Həsənov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.


Nazirlər Kabinetinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, səfir 2020-ci ildə Rusiyada keçiriləcək ekoloji məsələləri özündə əks etdirən növbəti maarifləndirmə və humanitar layihədə Azərbaycan tərəfinin də iştirakının məqsədəuyğun olacağını bildirib.

Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sosial-iqtisadi vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində atdıqları qətiyyətlı addımlar barədə qonağa geniş məlumat verib, həmçinin Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkə olduğunu səfirin diqqətinə çatdırıb.

Görüşdə eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hazırkı durum, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 410