Gürcüstan Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımadığını bəyan edib


19:54     09 Sentyabr 2019 2019/09/d3e32505-940b-4da8-8fff-0fcd2df7e4fd_1568040662.jpg

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) 2019-cu ilin sentyabrın 8-də Dağlıq Qarabağda keçirilən “yerli idaetmə orqanlarına” adlandırılan “seçkiləri” və onların nəticələrini tanımır.


Femida.az xəbər verir ki, bu barədə Gürcüstan XİN-in bəyanatında bildirilib.

Gürcüstan XİN Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Bəyanatda Gürcüstan XİN-in münaqişənin beynəlxalq hüquq və prinsiplərə tam uyğun formada beynəlxalq ictimaiyyətin cəlb olunması ilə sülh yolu ilə həllinin tərafdarı olduğu vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 342