BŞBPİ: “Qərib Pir” məscidində şəhidlərin fotolarının sökülməsi yalandır


22:13     09 Sentyabr 2019 19_09_09_1568051464.jpg

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotolarının əks olunduğu plakatların sökülməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.

Bu sözləri Femida.az -a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

O, qeyd edib ki, iddialar polisə qarşı təxribatdır, orada plakatların polis tərəfindən sökülməsi ilə bağlı hər hansı göstəriş olmayıb, yalandır: “Bu qərəzli məlumatı yayanlar nəzərə alsınlar ki, polis bu xalqın övladlarıdır, vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bizim üçün də əzizdir, müqəddəsdir”.

Açar sözlər:

Oxunub: 531