Azərbaycan millisinin 2 futbolçusu cəzalı duruma düşüb


22:53     09 Sentyabr 2019 2019/09/2c0b468b-3af9-4de1-9e2e-cf3df66fd4d4_1568051701.jpg

Azərbaycan millisinin futbolçuları Anton Krivotsyuk və Dmitri Nazarov AVRO-2020-nin seçmə mərhələsində cəzalı duruma düşüb.

Femida.az xəbər verir ki, buna səbəb 21 yaşlı mərkəz müdafiəçisi ilə 29 yaşlı yarımmüdafiəçinin Xorvatiya ilə ev oyununda sarı vərəqə alaraq, limiti doldurmalarıdır.

Müvafiq olaraq 62 və 66-cı dəqiqələrdə vərəqə görən yığma üzvləri oktyabrın 13-də Macarıstan kollektivi ilə səfər görüşünü buraxacaqlar.

Hazırda Xorvatiya millisi 1:0 hesabı ilə öndədir.

Açar sözlər:

Oxunub: 443