Bakıda qadın meyiti tapıldı


09:10     10 Sentyabr 2019 qadin_olum_meyit_cesed.jpg


Bakının Nərimanov rayonunda mənzildən meyit tapılıb.

Femida.az-ın məlumatına görə, Alı Mustafayev küçəsindəki mənzillərdən birində aşkar olunmuş meyit 1968-ci il təvəllüdlü paytaxt sakini Nərminə Abubəkirovaya məxsusdur.

Qadının həmin mənzildə kirayədə yaşadığı deyilir. Onun hansı şəraitdə ölməsi məlum deyil.

Nərimanov rayon Prokurorluğu ölümün səbəblərini araşdırır.

Femida.az

Açar sözlər:

Oxunub: 346