Rüstəm Usubov Cəlilabadda vətəndaşları qəbul edəcək


10:24     10 Sentyabr 2019 19_09_10_1568096689.jpg

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov sentyabrın 13-də saat 10:00-da Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad və Neftçala rayon sakinlərinin qəbulunu keçirəcək.



Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Cəlilabad rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Açar sözlər:

Oxunub: 429