Sami Yusuf Nəsiminin “Sığmazam” qəzəlini oxudu - VİDEO
10:34 10 Sentyabr 2019
Müğənni Sami Yusuf dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə maraqlı layihə təqdim edib.
Femida.az xəbər verir ki, həmyerlimiz şairin “Sığmazam” qəzəlini fərqli bir şəkildə ifa edib. Layihədə 57 nəfərlik orkestr yer alıb və Samini Əməkdar artist Təyyar Bayramov və Əməkdar incəsənət xadimi Samirə Əliyeva müşayiət edib.
S. Yusufun sözügedən ifası sənətçinin “Youtube” səhifəsində yerləşdirilib. Bəstə 15 saat ərzində 100 min baxış toplayıb, 13 min insan tərəfindən bəyənilib.
Bundan əlavə, “Sığmazam” sosial şəbəkələrin də güdəmini zəbt edib, istifadəçilər tərəfindən bəyənilib və müzakirə mövzusuna çevrilib.
Femida.az
Oxunub: 2799
Oxşar xəbərlər
- Samir Məmmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib
- Samir Poladov: “İrəvan Şuşanı şəhər azad edildikdən sonra “İskəndər”lə vurub”
- Samir Nuriyevin sədrliyi ilə Qərargah yaradıldı - İşçi Qrupun iclası keçirildi
- Sami Yusifdən Şuşa ilə bağlı təbrik mesajı
- Samir Şərifova qarşı erməni təxribatı
- Samir Nuriyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri seçilib
- Samir Şərifov Milli Məclisə gəldi
- Samir Nuriyev Vətəndaşlıq Məsələləri Komissiyasının sədri təyin edilib
- Samir Şərifov bank prezidenti ilə görüşüb
- Samir Şərifov onu tənqid edənlərə cavab verdi - VİDEO