Ermənistan Rusiyaya qarşı plan hazırlayır: Yeni qadağanın detalları


11:26     10 Sentyabr 2019 2019/09/94218_4ykisovmvu_1568100597.jpg

Ermənistan hökuməti Rusiyaya qarşı qadağa planı hazırlayır.

Femida.az xəbər verir ki, bununla bağlı Ermənistan Polis İdarəsinin rəis müavini Hovhannes Koçaryan yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiyaya cavab olaraq xarici ölkə vətəndaşlarına ölkələrinə məxsus sürücülük vəsiqəsi ilə Ermənistanda hərəkət etməyə qadağa qoyulacaq.


Rəis müavini bildirib ki, beynəlxalq daşınmaları həyata keçirən sürücülər istisna olmaqla Ermənistanda xarici sürücülük vəsiqəsi ilə avtomobil sürmək qadağan edilə bilər.


Ermənistan rəsmisi qeyd olunan açıqlamada Rusiyaya eyhamla işarə də verib. O, bildirib ki, sözügedən Ermənistanla qarşılıqlı dostluq münasibətləri saxlandığı halda Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin vətəndaşlarına şamil edilməyəcək.

Məlumat üçün bildirək ki, Rusiya qanunvericiliyi xarici sürücülük vəsiqəsi olan əcnəbilərin (rus dilinin ikinci rəsmi dil olduğu ölkələr istisna olmaqla) Rusiya Federasiyasında sürücü işləməsini qadağan edir. Ermənistan rus dilinin heç bir statusu olmadığı yeganə AİB ölkəsidir.


Miri Məcidli
Femida.az




Açar sözlər: #Ermənistan   #Rusiya   #sürücülük_vəsiqəsi   #qadağa  

Oxunub: 2118