Nazirlikdən qar AÇIQLAMASI
11:53 10 Sentyabr 2019
Böyük Qafqazın yüksək dağlıq ərazilərinə sulu qarın yağma ehtimalının olması barədə proqnoz verilmişdi və bu dövrdə həmin ərazilərə qarın yağması normal hidrometeoroloji haldır.
Bunu Femida.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, bu il sentybar ayında Böyük Qafqazın yüksək dağlıq ərazilərinə qarın yağması ilk dəfə müşahidə edilmir. Sentyabrın 8-də gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərində - Şahdağa sulu qar yağıb:
"Biz sentyabrın 8, 9 və 10-da gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərinə sulu qarın yağma ehtimalının olması barədə proqnoz vermişdik. Qax və Şəki rayonlarının özünə isə qar yağmayıb. Həmin ərazilərə yağış yağıb, hazırda çiskinli hava şəraiti müşahidə edilir, temperatur 14-16 dərəcə təşkil edir".
Femida.az
Oxunub: 387
Oxşar xəbərlər
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlikdən bayramla bağlı əhaliyə müraciət
- Nazirlikdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
- Nazirlikdən vulkan püskürməsi ilə bağlı açıqlama
- Nazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara xəbərdarlıq
- Nazirlikdən şagirdlərin yerdəyişməsi ilə bağlı açıqlama
- Nazirlikdən şəhid ailələri və yaralılara psixoloji dəstək
- Nazirlikdən fermerlərə xəbərdarlıq
- Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gün...
- Nazirlikdən Qubadlıda məscidin təhqir olunması ilə bağlı BƏYANAT