Qarabağ şəhidi Asif Rüstəmovun anım günüdür


11:55     10 Sentyabr 2019 19_09_10_1568102160.jpg


Bu gün Qarabağ müharibəsi şəhidi Asif Rüstəmovun anım günüdür. Asif 1992-ci ildə Ağdərədə həlak olub. Yaşasaydı, 63 yaşı olacaqdı.

Femida.az xəbər verir ki, Asif Rüstəm oğlu Rüstəmov 1956-cı ilin avqustun 5-də Ağdam rayonunun Keştazlı kəndində dünyaya göz açmıb. Kənd orta məktəbini bitirdikdən sonra, Rusiya Federasiyasının Kirov vilayətinə əsgəri xidmətinə göndərilib.

Hərbi xidmətini başa vurduqdan sonra, bir müddət Rusiyada qalıb. 1980-ci ilin ortalarında Ağdama qayıdıb. Burada tikinti sahasində çalışıb və pəhləvan kimi də ad-san qazanıb. Qarabağ muharibəsi başlayanda könüllü şəkildə cəbhəyə yola düşüb. Qiyaslı batalyonunda komandir müavini kimi qanlı döyüşlərdə iştirak edib.

1992-ci il sentyabrın 10-da Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və boya-başa çatdığı Keştazlı kəndində dəfn olunub. Üç övladı və dörd nəvəsi var. Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər: #şəhid   #Qarabağ  

Oxunub: 1135