Afət Fərmanqızı Sami Yusufun ifasını bəyənmədi: "Mənim ifamı izləyənlər 11 milyondu"


13:18     10 Sentyabr 2019 19_09_10_1568107234.jpg


Bir müddət əvvəl Nəsiminin “Sığmazam” qəzəlinin sözlərinə oxuduğu "Pəncu şeş" adlı qalmaqallı mahnısı ilə gündəmə gələn müğənnmi Afət Fərmanqızı Sami Yusufun onu kölgədə qoyacağına inanmır.


Afət Fərmanqızı Modern.az-a bildirib ki, Yutube sosial şəbəkəsində onun ifası 4 aya 11 milyon dəfə izlənilib.

“Heç bir yerdə deməmişəm ki, mənim reytinqimi keçən olmaz. Onu deyən qələt edir. Amma kim deyir ki, Sami Yusifin ifası mənim ifamı üstələyib? Mənim ifam 4 ayda 11 milyon dəfə izləndi. Onlarda neçə milyondu?!

Afət Fərmanqızı dövlətin büdcəsindən 1 manat belə xərcləmədən Nəsimini Azərbaycana yenidən qaytardı. Bunu eyni ilə televiziya tənqidçisi Elçin Əlibəyli də dedi.

Adamın başının üstündə gərək Allah olsun. Gəlin, mənim ifamı da oxuyun, onun ifasını da. Sami Yusudun ifasını oxuya bilməyəcəksiniz. Çünki heç kimin zövqünü oxşamayan bir mahnıdır. Qeyd edim ki, onların ifası ilk deyil, bu tərzdə əvvəllər türklər oxuyub, “Yutube”da girib baxa bilərsiniz. Siz sanki “Quran”la toy mahnısını, molla ilə müğənnini müqayisə edirsiniz. Sami Yusuf dini mahnıları oxumağa meyilli müğənnidir, Təyyar Bayramov da muğam ifaçısıdır. Hər ikisinin ifası sənət nöqteyi-nəzərindən sənət əsəri kimi qiymətləndirilə bilər. Mən isə “Yutube” kanalımda da qeyd etmişəm ki, “toylarda yeni hit!”. Ona görə ki, toplum daha çox toylardadır”.

“Sizin üçün də dövlət vəsaiti ayrılsaydı, belə bir möhtəşəm ifa ortaya qoymaq istəyərdinizmi” sualına Afət Fərmanqızı olduqca sərt reaksiya verib:

“Mən “Vətən, sənə vuruldum” mahnısını oxudum, amma işıqlandırmadınız. Mən nə edim ki, uğurum çoxunun başına daş salır. Nəsimi xalqın şairidir, onun qəzəlini sabah siz də oxuya bilərsiniz. Bir əsərin yaşı 70-i keçirsə, hər kəsin həmin əsərdən istifadə etməyə hüquqi cəhətdən haqqı çatır. Mənim Nəsiminin qəzəlini ifa etməyimə hüquqi haqqım çatır. Oturaq 4 ayı gözləyək, əgər Sami Yusufun ifasıni izləyənlər mənim ifamı izləyənlər kimi 11 milyon olsa, onda bir də bu mövzuya qayıdarıq”.

Qeyd edək ki, Azərbaycan əsilli Britaniya müğənnisi və bəstəkarı Sami Yusuf dahi şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında kompozisiya hazırlayıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gələn “Nəsimi” kompozisiyası Nəsiminin 650 illik yubileyinə töhfə olaraq hazırlanıb.

Yutube sosial şəbəkəsində yerləşdirilən “Sığmazam” kompozisiyası 16 saat ərzində 100 000-dən çox insan tərəfindən izlənilib.

Femida.az

Açar sözlər: #Nəsimi   #qəzəl  

Oxunub: 2188