Azərbaycanda banklararası ödənişlər artır
14:33 10 Sentyabr 2019
Bu ilin yanvar-iyul aylarında 152 milyard manat məbləğində banklararası ödənişlər edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz çoxdur.
Femida.az-ın məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının infrastruktur nəzarəti şöbəsinin rəhbəri Tamerlan Rüstəmov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu ilin ilk yeddi ayı ərzində 7,380 milyon ödəmə kartı buraxılıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 31,7 faiz çoxdur:
“Plastik kartlar vasitəsilə keçirilmiş əməliyyatların həcmi 11,9 milyard manat təşkil edib, bunlardan 21 faizi nağdsız hesblaşmalar olub. Elektron ticarət əməliyyatlarının həcmi 5,9 dəfə artaraq 1,66 milyard manata çatıb”.
T.Rüstəmov qeyd edib ki, Beynəlxalq Elektrik Rabitəsi İttifaqının statistikasına əsasən, 2018-ci ildə 100 nəfər 104 mobil telefon düşürdü:
“Bu, onu ifadə edir ki, ölkədə mobil ödəmələr üçün infrastruktur mövcuddur. Təklif olunan “Visa Token” sistemi də mobil ödəmələrin inkişafında vacib rol oymayacaq”.
Femida.az
Oxunub: 443
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib