Həmkarı şikayət etdi - Adil İsmayılovun fəaliyyətinə qadağa qoyuldu


14:51     10 Sentyabr 2019 2019/09/66160980_10213088246632632_2480602526953504768_n_1568112844.jpg

Son günlər sosial şəbəkələrdə statusları ilə müzakirələrə səbəb olan vəkil Adil İsmayılov cəzalandırılıb.

Femida.az -ın verdiyi xəbərə görə, A.İsmayılovun həmkarının şikayəti əsasında 1 illik vəkillik fəaliyyətinin qadağan olunmasına qərar verilib.

A.İsmayılov şəxsi facebook profilində paylaşdığı statusta bildirib ki, dünən Rəyasət Heyətinin iclasında iştirak etsə də, sonda qərarın verilməsindən məlumatsızdır.

"VK-da baş verənlərlə bağlı sədr Anar Bağırovun rəsmi açıqlamasını gözləyirəm...Ondan sonra mən də məsələyə münasibət bildirəcəm.", deyə A.ismayılov yazdığı statusla məsələyə münasibət bildirib.

Femida.az

Açar sözlər: #Adil_İsmayılov  

Oxunub: 1131