Saatlıda iki avtomobil toqquşdu, ölən var


15:15     10 Sentyabr 2019 big_1405422456_qeza.jpg

Saatlı rayonunun Qırağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.



Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, sentyabrın 9-da saat 10 radələrində Saatlı rayonunun Qırağlı kəndi ərazisində Bakı şəhər sakini Z.Hüseynovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Saatlı rayon sakini Taleh İlqaroğlunun idarə etdiyi “VAZ-21074” markalı avtomobil toqquşub. Nəticədə T.İlqaroğlu xəstəxanaya aparlılarkən yolda ölüb.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 504