Boksçumuz Avropa üçüncüsü oldu


15:51     10 Sentyabr 2019 19_09_10_1568116318.jpg

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri başa çatıb. Bu mərhələdə Azərbaycan millisinin 1 üzvü də qüvvəsini sınayıb.
Azərbaycan Boks Federasiyasından Femida.az -a verilən məlumata görə, çempionatda 81 kiloqram çəkidə mübarizə aparan Murad Allahverdiyev üçüncü döyüşündə rusiyalı İlya Boqatıryovla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb.

Nəticədə M. Allahverdiyev Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, qitə birinciliyində oğlanların yarışına 37 ölkədən 213 boksçu qatılıb.

Açar sözlər:

Oxunub: 361