Pambıq yığımına hazırlıqla bağlı müşavirə
15:46 10 Sentyabr 2019
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında 2019-cu ilin taxıl biçinin yekunları və pambıq yığımına hazırlıqla bağlı müşavirə keçirilib.
Qurumdan Femida.az-a verilən məlumata görə, müşavirədə “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov, sədr müavinləri, şöbə müdirləri, regional nümayəndəliklərin və rayon bölmələrinin rəhbərləri iştirak ediblər.
Tədbirdə taxıl biçini zamanı əldə edilən nailiyyətlər, yaranmış problemlər və onların həll olunması ilə bağlı görülən tədbirlər müzakirə olunub.
Müşavirədə çıxış edən sədr Elmin Rəhmanov, taxıl biçininin artıq tam başa çatdığını, biçinin yekunlarından razı qaldığını bildirib. Biçin zamanı müsbət nəticələrin əldə edildiyini vurğulayan Cəmiyyət sədri bu uğurun komandanın birgə işi nəticəsində əldə edildiyini diqqətə çatdırıb.
Elmin Rəhmanov pambıq sahələrində yığıma başlamaq üçün son hazırlıq işləri barədə də müşavirə iştirakçılarını məlumatlandırıb. “Aqrolizinq”in rəhbəri regional nümayəndəliklərin və rayon bölmələrinin rəhbərlərinə pambıq yığımına hazırlıq prosesi və yığımla bağlı müvafiq tapşırıqlar verib.
Tədbirin sonunda yığım zamanı əldə etdikləri nailiyyətlərə görə bəzi regional nümayəndəlik və rayon bölmələrinin rəhbərləri fəxri diplomlarla təltif olunublar.
Femida.az
Oxunub: 547
Oxşar xəbərlər
- Pambıq sahəsində top mərmisi tapılıb (FOTO)
- Pambıqçılığın inkişafına dair müşavirə keçirilib
- Pambıq tədarükü 228 min tonu ötüb
- Pambıq tədarükü durmadan artır - 216 min ton oldu
- Pambıqçılığın inkişafına dair müşavirə keçirilib
- Pambıqçı qadını ilan sancdı
- Pambıqçılıqla bağlı müşavirə keçirilib
- Pambıq əkinlərində yeni zərərverici aşkarlanıb
- Pambıqçılıqda müəyyən problemlər yaşanıb - Nazir
- Pambıqçılıq üçün 3 mindən çox yeni texnika alacaq