Rusiya məhkəməsi azərbaycanlı bloqqeri sərbəst buraxdı
16:00 10 Sentyabr 2019
Sentyabrın 10-da Rusiyanın Sankt-Peterburq məhkəməsi azərbaycanlı bloqer Elvin İsayev barəsində hökm oxuyub.
Femida.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Dzerjinsk rayon məhkəməsinin şübhəli barədə verdiyi qərar (Rusiyadan deportasiya olunma və 5 min rubl cərimə) ləğv edilib və iş yenidən baxılması üçün geri qaytarılıb.
İsaevin özü əcnəbilər üçün müvəqqəti saxlanma yerindən sərbəst buraxılıb.
Xatırladaq ki, 39 yaşlı Elvin İsayev son aylar bloqer kimi fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir edərək gündəmə gəlib.
E. İsayev Rusiya vətəndaşlığını 2001-ci ildə Şimali Osetiyada alıb. O, 24 avqustda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Dzerjinsky məhkəməsi İsayev barəsində İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 3.1-ci hissəsi (xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiya Federasiyasına daxil olmaq qaydalarının və ya qalma rejiminin pozulması) üzrə ittiham edərək 5 min rubl cərimə ilə Rusiyadan Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarmışdı.
Femida.az
Oxunub: 487
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib