Prokuror 52 nəfəri aldadan "Lombard" sahibinə cəza istəyib
18:29 10 Sentyabr 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Femida.az xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. O, Zaur Məmmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmişlər cəzanın az olduğunu deyərək etirazlarını bildirib və vurğulayıblar ki, bu günə qədər heç kimin zərəri ödənilməyib. Zaur Məmmədovun vəkili deyib ki, müdafiə etdiyi şəxsin atası ilə danışıqlar aparır və pulu hissə-hissə ödəyə bilər. Zərərçəkmişlər isə buna inanmadıqlarını bildiriblər.
Zaur Məmmədovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Qeyd edək ki, Zaur Məmmədov Sumqayıtda "Lombard" işlədib. Zərərçəkmişlər lombarda qoyduqları qızllar qarşılığında nağd pul alıblar. Z.Məmmədov bir müddət sonra işlədiyi ofisi bağlayaraq yoxa çıxıb. İş üzrə 52 zərərçəkmiş var.
Z.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Oxunub: 480
Oxşar xəbərlər
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Prokuror Cəlilabadın sabiq icra başçısına 13 il həbs cəzası istəyib
- Prokurorluq orqanlarının veteranı vəfat edib
- Prokurorluq Lənkəranda 27 yaşlı gəncin bıçaqlanaraq öldürülməsi ilə bağlı məlumat yayıb
- Prokurorluq Salyanda baş verən qətllə bağlı məlumat yayıb
- Prokuror Maqsud Mahmudova 14 il həbs cəzası istəyib
- Prokuror Ceyhun Sultanov və Cəlal İsayevin evlərindən oğurluq edən şəxslərə cəza istəyib
- Prokuror Bakıda tanışını qətlə yetirən şəxsə 19 il həbs cəzası istəyib
- Prokurorluq Samuxdakı qətllə bağlı məlumat yayıb
- Prokuror polis şöbəsində arvadını güllələyən serjanta 20 il həbs cəzası istəyib