Azərbaycan yığmasının dünya çempionatındakı oyunlarının vaxtı dəqiqləşib


16:23     10 Sentyabr 2019 19_09_10_1568118262.jpg

Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2020-nin seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.


Femida.az -ın məlumatına görə, yığmamız final mərhələsi Litvada təşkil olunacaq mundiala vəsiqə uğrunda mübarizəyə əsas mərhələdən başlayacaq.

Joze Alesionun yetirmələri oyunları Bakı İdman Sarayında baş tutacaq mərhələyə Moldova ilə görüşlə start verəcək. Ertəsi Monteneqro ilə qarşılaşacaq yığma son turda Slovakiya ilə üz-üzə gələcək.

23 oktyabr
17:00. Slovakiya – Monteneqro
20:00. Azərbaycan – Moldova

24 oktyabr
17:00. Moldova – Slovakiya
20:00. Azərbaycan – Monteneqro

26 oktyabr
17:00. Monteneqro – Moldova
20:00. Slovakiya – Azərbaycan

Açar sözlər:

Oxunub: 399