“Azadlıq” radiosuna "malımı sata bilmirəm" deyən "fermer" ifşa olundu - AUDİOFAKT


16:31     10 Sentyabr 2019 19_09_10_1568118763.jpg


Özünü goranboylu fermer kimi təqdim edən şəxs "Azadlıq" radiosuna verdiyi açıqlamada yetişdirdiyi məhsulun qiymətinin aşağı olması səbəbindən sahədə qaldığını və sata bilmədiyini iddia edib. Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məsələyə münasibət bildirib.


Femida.az xəbər verir ki, nazirlik rəsmisi bununla bağlı sosial şəbəkə hesabında açıqlama yayıb: ""Azadlıq" radiosunun əməkdaşı goranboylu "fermer"dən açıqlama alıb. "Fermer" sözünü niyə dırnaq arasında yazdığımı anlayacaqsınız. Beş hektar torpağı olduğunu deyən "fermer" pomidorun qiymətinin ucuz olduğunu, məhsulun sahədə qaldığını, sata bilmədiyini, bu səbəbdən növbəti ildən pomidor əkməyəcəyini deyir. "Aqrar Tədarük və Təchizat" ASC-nin əməkdaşı "fermer"in məhsulunu almaq üçün kəndə gedib.

Məlum olub ki, "Azadlıq" radiosunun fermer kimi qələmə verdiyi kişi yol kənarında mal satan alverçidir. Adamın torpağı da yoxdur. Bunu "Aqrar Tədarük və Təchizat" ASC-nin əməkdaşına "fermerin" oğlu etiraf edib. Yol kənarındakı alverçini "fermer" deyə qələmə vermək, onu öyrədərək "məhsulum əlimdə qalıb, sata bilmirəm, əkməyəcəyəm" dedirtməkdə məna nədir? Bunun media ilə, jurnalistika ilə nə əlaqəsi var? "Azadlıq" radiosunun növbəti yalanı ortaya çıxdı" sözü deyəsən Praqadakıların xoşuna gəlir".



Femida.az

Açar sözlər: #fermer  

Oxunub: 692