Xidmət rəisi “Miqrasiya Könüllüləri” ilə görüşüb
17:34 10 Sentyabr 2019
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ilk “DOST” mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə DOST kuboku turnirində fərqlənmiş Miqrasiya könüllüləri ilə görüşüb.
Bu barədə Femida.az -a qurumun mətbuat xidmətindən bildirilib.
Könüllülərdən ibarət komandaların yarışında 1-ci, 49 kollektiv arasında ümumi komanda hesabında isə 3-cü yerə çıxmış Miqrasiya Könüllülərini səmimi təbrik edən Xidmət rəisi bu uğuru gənclərin yüksək intellektual səviyyələrinin, aktiv və səmərəli ictimai fəaliyyətlərinin göstəricisi kimi dəyərləndirib.
Sevindirici haldır ki, komanda üzvləri “Miqrasiya Könüllülüləri” İctimai Birliyinin aktiv üzvlərindən ibarətdir ki, bu da təşkilat ətrafında birləşən müasir ruhlu, kreativ gənclərin potensialının göstəricisidir.
DMX tərəfindən Miqrasiya könüllülərinə bundan sonra da diqqət və qayğı göstəriləcəyini vurğulayan Vüsal Hüseynov qalibləri bir daha təbrik edərək, onlara, həmçinin “Miqrasiya Könüllüləri” İctimai Birliyinin bütün üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Oxunub: 619
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Şuşada yaşayanlara tibbi xidmətlərin göstərilməsi qaydası açıqlanıb
- Nazir: "İlin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- İsmayıllıdakı vergi ödəyicilərinə xidmət mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək
- "Azərişıq" ASC-nin bəzi xidmətləri ödənişsiz olacaq
- Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə iddiaları ilə bağlı açıqlama yayıb
- Xidmətdə olan əsgər Bakıda necə avtoşluq edib? - Görün kimin oğlu imiş
- Azərbaycanda daha 700 xidmət icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil edilir