Eks-nazirlərin fəaliyyəti araşdırılır? - Baş Prokurorluqdan açıqlama
17:22 10 Sentyabr 2019
Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Milli Məclisin komitə sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun keçmişdə uzun müddət nazir vəzifəsində çalışanları tənqid etməsi, onların milyardları taladıqları və bu gün mövqesizlik nümayiş etdirmələrini bildirməsi ilə bağlı müxtəlif fikirlər yayılıb. Bəziləri Siyavuş Novruzovun bu açıqlaması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılmasının vacibliyini vurğulayıblar.
Femida.az xəbər verir ki, Trend Baş Prokurorluq tərəfindən deputatın səsləndirdiyi fikirlərlə bağlı araşdırmaların aparılıb-aparılmadığını dəqiqləşdirmək üçün qurumun Mətbuat xidməti ilə əlaqə saxlayıb.
Baş Prokurorluğun rəsmisi Eldar Sultanov bildirib ki, qeyd edilən məsələlərlə əlaqədar Baş Prokurorluqda hər hansı araşdırmalar aparılmır.
Femida.az
Oxunub: 1194
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazir: "İlin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq"