Aşura mərasimində 31 nəfər ölüb - Kərbəlada


17:51     10 Sentyabr 2019 2019/09/ccf55c96-3646-40e0-b9bc-cb1243a0bb00_1568122939.jpg

İraqın Kərbəla şəhərində Aşura günü ilə bağlı keçirilən mərasim zamanı yaranmış sıxlıqda azı 31 nəfər ölüb.


Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 96-ya çatıb.

Ölkənin Səhiyyə Nazirliyi bu ana qədər 16 nəfərin öldüyünü təsdiqləyib.

Femida.az

Açar sözlər: #Aşura  

Oxunub: 1463