Sumqayıtda dənizə düşən şəxs xilas edilib


19:03     10 Sentyabr 2019 big_1404314237_bogulma.jpg

Sumqayıtda bir nəfər bulvarda dənizə düşüb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.​

Femida.az

Açar sözlər:

Oxunub: 461