Bacısını öldürmək istəyən şəxsin istintaqı başa çatıb

Bacısını öldürmək istəyən şəxsin istintaqı başa çatıb


19:34     10 Sentyabr 2019 1398947325_mehkeme.jpg

Qaradağda bacısını öldürməyə cəhddə təqsirləndirilən Cəlil Əzimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, martın 9-da Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Cəlil Əzimov evində münaqişə zəminində bacısı Amina Əzimovanı bıçaqla xəsarət yetirib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

İstintiq orqanları tərəfindən C. Əzimova Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 171