AŞPA prezidentinin Azərbaycana səfəri başlayıb


09:29     11 Sentyabr 2019 2019/09/c32141dc-26d7-438e-8bbe-341e2a462ad1_1568179782.jpg

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskyenin Azərbaycana rəsmi səfəri başlayıb.

Femida.az xəbər verir ki, ikigünlük səfər çərçivəsində AŞPA prezidentinin Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.

Onun Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsi və İntizam Komissiyasının üzvləri ilə görüşlər keçirəcəyi planlaşdırırlıb.

Eyni zamanda L.M.Paskye sentyabrın 11-də Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək “Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa“ adlı konfransda iştirak edəcək.

Açar sözlər:

Oxunub: 562