Bakıda avtomobil alverçisi olan 2 qardaş müştəri tərəfindən bıçaqlandı- FOTO (18+)
09:40 11 Sentyabr 2019
Nəsimi rayonunda bıçaqlanaraq ağır vəziyyətdə olan şəxsi polislər xəstəxanaya çatdırıb.
Femida.az APA-ya istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu 1-ci mikrorayonda baş verib.
Belə ki, 38 yaşlı Tahirov Etibar Təşkilat oğlu hələlik adı məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.
Ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməliyyat qrupu yaralını 1 saylı şəhər xəstəxanasına çatdırıb. Hadisəni törədən şəxs zərərsizləşdirilərək saxlanılıb.
Yaralı cərrahi əməliyyat olunub. Məlum olub ki, hadisəyə səbəb avtomobilin satan şəxslə müştəri E.Tahirovun mübahisəsi olub. Etibarın ilkin izahatına görə o, pulu gecikdirib.
Maşın almaq istəyən müştəri tərəfindən bıçaqlanan Etibar Tahirovun qardaşı, 1981-ci il təvəllüdlü Tahirov Cavid Təşkilat oğlu da 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Məlum olub ki, müştəri əvvəlcə Cavid Tahirovu, sonra isə Etibar Tahirovu bıçaqlayıb. Cavid yaxınları tərəfindən evə aparılsa da, vəziyyəti ağır olduğundan xəstəxənaya gətirilib.
Oxunub: 494
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb