Oğuzda 2 tondan artıq narkotik bitki məhv edilib


09:44     11 Sentyabr 2019 19_09_11_1568180715.jpg

Oğuz rayonunda 2 tondan artıq narkotik bitki məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, “Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq, Oğuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Tədbir zamanı rayonun Xaçmaz kəndi ərazisində 2 hektara yaxın ərazidə yabanı halda bitmiş hündürlükləri 60-70 sm, ümumi çəkisi 2 ton 200 kq olan 4150 ədəd narkotik tərkibli çətənə bitkiləri yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz RPŞ-da araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 474