Bakıda itkin düşən 13 yaşlı qız tapıldı


09:58     11 Sentyabr 2019 19_09_11_1568180775.jpg

Bakıda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.
Bakı şəhər Baş Polis İdarəsindən Femida.az -a verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.

Polis əməkdaşları tərəfindən azyaşlının valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub.

Açar sözlər:

Oxunub: 365