28 nəfər şübhəli şəxs saxlanılıb
11:01 11 Sentyabr 2019
2019-cu il sentyabr ayının 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 436
Oxşar xəbərlər
- 28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq
- 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir
- 2867 şəhidin ailə üzvlərinə sosial ödəniş edilib
- 28 müəssisədə qanunvericiliyin tələbləri kobud şəkildə pozulub
- 28 əsgərini ölümdən xilas edən şəhid mayor - Sübhi Mürsəliyev
- 28 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən olunub
- 28 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb
- 28 ildən sonra Şuşada cümə namazı qılındı
- 28 il əvvəl əsir düşmüş hərbçi tapılması xəbəri yalandır - AÇIQLAMA
- 28 yaşlı qızın xəstəxanada ölümü ilə bağlı cinayət işi başlandı