Bilik günü yollarda vəziyyət necə olacaq? — Yol polisindən XƏBƏRDARLIQ


11:16     11 Sentyabr 2019 2019/09/59ba8c2273ac5_DYP-730042_445510_1568186662.jpg

Sentyabrın 16-da dövlət yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaq.


Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Femida.az-a bildirib ki, “Bilik günü” təhsil müəssisələrinin ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi ilə məqsədi ilə tədbirlər planı hazırlanıb və həmin gün DYP əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar.


"Eyni zamanda hər bir təhsil müəssisələrinin qarşısına tələb olunduğu sayda əməkdaşımız cəlb olunacaq. Artıq təhsil müəssisələrinin ətrafına baxış keçirilib. Həmin yerlərdə tıxacların qarşısının alınması məqsədilə əməkdaşlarımız xidmət göstərəcək. Sürücülərdən xahiş edirik ki, həmin ərazilərdə nəqliyyat vasitələri üçün nəzərdə tutulan dayanma-durma qaydalarına riayət etsinlər. Həmçinin sürücülərin ictimai nəqliyyat vasitələrdən istifadə etmələrini tövsiyə edirik”.


Femida.az

Açar sözlər:

Oxunub: 662


Oxşar xəbərlər